"Qarabağ"a əsas vaxtda qalib gələcəyimizə inanmırdım" - Xabi Alonso

   "Qarabağ"a əsas vaxtda qalib gələcəyimizə inanmırdım" -    Xabi Alonso
  15 Mart 2024    Oxunub:975
"Bayer"in baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 finalının "Qarabağ"la cavab matçından sonra Almaniya mətbuatına açıqlama verib.
AzVision.az xəbər verir ki, ispaniyalı mütəxəssis görüş bitdikdən dərhal sonra RTL-ə açıqlamasında bildirib ki, hesab 2:2 olanda artıq əlavə vaxt haqda düşünüb:

"Mən artıq əsas vaxtda qalib gələcəyimizə inanmırdım. O an beynimdən keçirdi ki, futbolçularıma əlavə vaxt üçün nəyi deməliyəm, nə tapşırmalıyam. 90+8-ci dəqiqədə qələbə topunu vuracağımızı gözləmirdim. Bəlkə də meydanda ən yaxşı “Bayer” yox idi, amma hadisələrə düzgün reaksiya verdik”.

Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında Bakıda keçirilən oyunda 2:2 hesabı qeydə alınıb. Leverkuzendə ötən gecə oynanılan görüşdə isə "Qarabağ" 2:0 hesabı ilə öndə olsa da, son dəqiqələrdə buraxdığı qollara görə uduzub və iki oyunun nəticəsinə əsasən (2:3, 2:2), mübarizəni dayandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti