Borrell: "Papa "ağ bayraq"la dəvət olunmadığı bağa girib"

      Borrell:    "Papa "ağ bayraq"la dəvət olunmadığı bağa girib"
  14 Mart 2024    Oxunub:929
Ukraynada sülhün bərqərar edilməsi ilə bağlı danışıqlara başlamaq təklifi ilə Papa Fransisk "dəvət almadığı bağa girib".
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell deyib.

Diplomat İspaniyanın RNE radiostansiyasına verdiyi müsahibədə bildirib ki, Ukraynaya təslim olmağı təklif etmək - “bu, sülh arzusundan daha çox şeydir”.

"İnanıram ki, indi Ukraynanı təslim olmağa çağırmağın vaxtı deyil, əksinə, Kiyevə kömək etməyə davam etməyin vaxtıdır".

Qeyd edək ki, Roma Papası Fransisk İsveçrənin RSI teleradio şirkətinə müsahibəsində Ukraynada müharibəni sonlandırmaq üçün beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar prosesinin başlanmasına çağırış edib. Pontifik əlavə edib ki, kimsə “məğlub olduqlarını, nəyinsə alınmadığını görəndə ən pis hadisələrin baş verməməsi və daha çox ölüm hallarının qarşısını almaq üçün cəsarət göstərməli və danışıqlar aparmalıdır”. Eyni zamanda, o, bir çox media tərəfindən Kiyevin təslim olması çağırışı kimi şərh edilən “ağ bayraq” ifadəsindən istifadə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti