Merkel: `Avropa İttifaqı Rusiyanı gözləyir`

Merkel: `Avropa İttifaqı Rusiyanı gözləyir`
  28 İyun 2014    Oxunub:939
Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda Ukraynanın şərqində vəziyyətin sabitləşdirilməsi üçün Rusiyanın atacağı addımları gözləyir.

AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel bildirib.

Kansler bildirib ki, əgər bu addımlar olmasa, Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək: “Gürcüstan, Moldova və Ukrayna ilə assosiasiya haqqında sazişi imzaladıqdan sonra prezident Pyotr Poroşenko bizi Ukraynadakı vəziyyətlə bağlı məlumatlandırdı. O, birtərəfli atəşkəs rekiminin elan olunmasını qeyd edib. Lakin o, çıxışının sonunda təklif etdiyi sülh planı barədə qarşı tərəfin reaksiyasının kifayət qədər pozitiv olmadığını vurğuladı”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti