Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olacaq
Noyabrın 2-dən 10-dək İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Azərbaycan ilk dəfə dünyanın bu nüfuzlu kitab sərgisində “fəxri qonaq ölkə” qismində iştirak edəcək.
Akif Marifli çıxışında deyib ki, son illər qardaş ölkənin aidiyyəti qurumlarının dəstəyi ilə Azərbaycan-Türkiyə kitabxanaları arasında əlaqələr genişlənir, təcrübə və kitab mübadiləsi aparılır. Eyni zamanda son dörd il ərzində Türkiyə nəşriyyatları Bakı Beynəlxalq Kitab Sərgisində davamlı iştirak edirlər.
Bildirilib ki, Azərbaycan bu il İstanbul sərgisinə ilk dəfə 10 nəşriyyat və ondan artıq yazar ilə qatılacaq. Bundan əlavə, mədəniyyət sahəsi üzrə müxtəlif tədbirlər təşkil olunacaq.
Digər çıxış edənlər ölkələrimiz arasındakı qardaşlıq və sıx əməkdaşlıq əlaqələrindən danışıblar.
Qeyd edək ki, builki İstanbul Beynəlxalq Kitab Sərgisi “Uşaqlıq şənlikdir” şüarı altında keçiriləcək. Sərginin “fəxri yazıçısı” Türkiyənin uşaq və gənclik ədəbiyyatına böyük töhfə vermiş yazar Yalvaç Ural olacaq.
AzVision.az
Teqlər: