Tramp: "Yəhudilərdən dəstək görməsəm, uduzacağam" - VİDEO

    Tramp:  "Yəhudilərdən dəstək görməsəm, uduzacağam" -    VİDEO
  20 Sentyabr 2024    Oxunub:331
"Lazımi sayda yəhudi seçici mənə dəstək verməsə, noyabrda keçiriləcək seçkidə qalib gəlmək ehtimalım azdır".
Bu sözləri ABŞ-nin sabiq lideri, yenidən prezidentliyə namizəd Donald Tramp İsrail-Amerika Şurasının Vaşinqtonda baş tutan tədbirində çıxışı zamanı dilə gətirib. Vurğulayıb ki, sorğuya əsasən, yəhudi seçicilərin yalnız 40%-i onu dəstəkləyir.

"Məgər bilmirlərmi, seçkilərdə qalib gəlməsəm, nə baş verəcək? Üstəlik, yəhudilərin böyük payı hesabına. Çünki 60%-i düşmənə (rəqibi Kamala Harisi nəzərdə tutur - red.) səs verir", - Tramp deyib.

Xatırladaq ki, o. ayın əvvəlində Kamala Harisin qələbə qazanacağı təqdirdə "İsrailin məhv ediləcəyi" iddiasını irəli sürüb. Ötəngünkü tədbirdə isə "İranın İsraili cəmi 2 ilə dağıdılacağını" söyləyərək bu iddianı daha da böyüdüb.

"İran tezliklə nüvə silahına yiyələnəcək və terrorçular hər tərəfdən İsrailə hücum çəkəcəklər. Qapı-qapı gəzərək günahsız mülki şəxslərə işgəncə verəcək, zorlayacaq, oğurlayacaq və qətlə yetirəcəklər. Tel-Əviv və Qüds həyati əlamət qalmayan müharibə zonasına çevriləcək", - deyən Tramp belə bir "ssenari"nin həyata keçməməsi üçün yalnız özünü yenidən Ağ Evə qayıtmalı olduğunu diqqətə çatdırır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   seçkilər   İsrail   Yaxın-Şərq  





Xəbər lenti