Vardanyan Paşinyana: "İstənilən suala cavab verməyə hazıram"

      Vardanyan Paşinyana:    "İstənilən suala cavab verməyə hazıram"
  20 Sentyabr 2024    Oxunub:1889
Qarabağda ləğv edilmiş separatçı rejimin keçmiş "dövlət naziri", hazırda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Bakıdakı istintaq təcridxanasında saxlanılan, erməni milyarder Ruben Vardanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamalarına cavab verib.
Nikol Paşinyan öz açıqlamasında bildirib ki, Vardanyanın Rusiya vətəndaşlığından imtina qərarını və 2022-ci ilin sentyabrında gözlənilmədən Qarabağa gəlməsi "müəmmalı idi".

"Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtinası barədə ona kim göstəriş vermişdi? Kim və hansı məqsədlə onu Qarabağa göndərmişdi? Bu suallara cavab istəyirik", - Paşinyan vurğulayıb.

Vardanyan Bakıdan vəkili vasitəsilə ona cavabında:

"Paşinyanın sualları vardısa, 2022-ci ilin noyabrında baş tutmuş axırıncı görüş zamanı verə bilərdi. Hər insan başqasının hərəkətlərini öz həyatının nümunələri və prinsipləri ilə ölçür. Hər halda, öz imkanlarım daxilində istənilən sualına hələ də cavab verməyə hazıram", - söyləyib.

Keçmiş separatçının sözlərinə görə, Nikol Paşinyanla tanışlığı 2018-ci ilin yazında, yəni Ermənistanda baş verən "məxməri inqilab"dan sonra baş tutub. O, görüşdə bildirib ki, nə o, nə də biznes tərəfdaşları Ermənistanın daxili siyasətinə qarışacaq, rəhbərliklə münasibətlərindən asılı olmayaraq "xeyriyyəçiliklə məşğul olacaqlar".

"Söhbət Qarabağın taleyindən gedəcəyi təqirdə. yanaşmamı dəyişəcəyəm", - Vardanyan görüş zamanı söyləyib. Beləliklə, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində bütün addımları bu zəmin üzərində qurulub.

Hazırda Ruben Vardanyan bir çox cinayətdə: terrorçuluq, qanunsuz silahlı birləşmələri maliyyələşdirməkdə ittiham edilir. Hərçənd maliyyə imkanlarından faydalanaraq tutduğu vəkilləri onun beynəlxalq mediada "imicini təmizləməyə", Vardanyanı "siyasi məhbus" kimi təqdim etməyə çalışırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   separatçı  





Xəbər lenti