Qrossi: "Ukraynada nüvə silahından istifadə üçün heç bir şərait yoxdur"

   Qrossi:    "Ukraynada nüvə silahından istifadə üçün heç bir şərait yoxdur"
  14 Mart 2024    Oxunub:901
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Ukrayna münaqişəsi ilə bağlı diqqət çəkən açıqlamalar verib.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, o, Ukrayna müharibəsində nüvə silahından istifadə üçün şərait görmədiyini bəyan edib.

Rafael Qrossi Rusiyaya səfər edəcək
Tokioda briffinq keçirən MAQATE rəhbərinin sözlərinə görə hazırda belə bir arzuolunmaz hadisə real görünmür.

Bundan əvvəl Qrossi Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı tərəfləri Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) ətrafında maksimum hərbi təmkin nümayiş etdirməyə çağırmışdı.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Nüvə   MAQATE  





Xəbər lenti