Tramp Avropa ölkələrini Kiyevə daha çox pul xərcləməyə çağırıb

Tramp Avropa ölkələrini Kiyevə daha çox pul xərcləməyə çağırıb
  14 Mart 2024    Oxunub:939
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynaya daha çox pul xərcləməyə çağırıb.
AzVision.az xəbər verir ki, o, bu barədə “Newsmax”a müsahibəsində danışıb.

Tramp: “Heç kim xaricdə Baydenə hörmət etmir”
Jurnalistin Trampın ABŞ prezidenti seçiləcəyi təqdirdə Kiyevə yardım üçün ayrılan vəsaiti azaltmağı planlaşdırması ilə bağlı sualına cavab olaraq siyasətçi Aİ-ni Ukraynaya ABŞ-la eyni məbləğdə vəsait xərcləməyə çağırıb.

O, izah edib ki, Avropa indi Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün təxminən 100 milyard dollardan az pul xərcləyir: "Bu Amerikaya qarşı münasibətdə ədalətli yanaşma deyil. Bu həm də ABŞ vergi ödəyicisinə qarşı da ədalətsizlikdir".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Ukrayna  





Xəbər lenti