Britaniyalı nazir: “Rusiyaya Qərbdən heç bir təhlükə yoxdur”

     Britaniyalı nazir:    “Rusiyaya Qərbdən heç bir təhlükə yoxdur”
  14 Mart 2024    Oxunub:831
“Rusiyaya Qərbdən heç bir təhlükə yoxdur”.
Bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Polşaya səfəri zamanı “GB News” telekanalında çıxışı zamanı deyib. Nazir xüsusilə nüvə silahı ilə bağlı bəyanatların məsuliyyətsizliyinə diqqət çəkib və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına əminliyini ifadə edib.

Şapps həmçinin qeyd edib ki, onun fikrincə, Ukrayna, Polşa və onların qərbindəki digər dövlətlər üçün təhlükələr mövcuddur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti