Aİ-nin 120 milyardı Rusiyanın hərbi potensialını tükəndirəcək?

Aİ-nin 120 milyardı Rusiyanın hərbi potensialını tükəndirəcək?
  13 Mart 2024    Oxunub:828
"Avropa İttifaqının (Aİ) Ukraynaya bir illi nəzərdə tutulan 120 milyard dollar məbləğində olan hərbi yardımı bu ölkəyə Rusiyaya qarşı hərbi qarşıdurmada kömək edə biləcək".
AzVision.az xəbər verir ki, bunu Estoniya Müdafiə Nazirliyinin katibi Kusti Salm “Euractiv”ə müsahibəsində deyib.

Salm qeyd edib ki, nazirlik Ukraynaya hərbi yardım planı hazırlayıb. O, Kiyevin Rusiyanın hərbi potensialını tükəndirməsi üçün ildə 120 milyard dollar dəyərində silah və sursat tədarük edə bilməsini məqbul sayıb. Estoniyalı məmur tələb olunan məbləğin avrobondlarla və ya Aİ dövlətlərinin büdcələrindən borc götürməklə artırılmasını təklif edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti