Pentaqon Ukraynaya ATACMS raketləri verməyə hazırdır

 Pentaqon Ukraynaya ATACMS raketləri verməyə hazırdır
  13 Mart 2024    Oxunub:1221
ABŞ Müdafiə Nazirliyi Ukraynaya daha uzun mənzilli ATACMS taktiki ballistik raketləri göndərməyə hazırdır.
Bu barədə “The Wall Street Journal” (WSJ) Amerika rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin həmsöhbətləri qeyd edib ki, Ukrayna tərəfi dəfələrlə ABŞ-dan Krıma hücumlar üçün təqribən 290 km mənzilli ATACMS raketləri verməsini xahiş edib.

Lakin ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri bu ideyanı rədd edərək, Amerika silahlı qüvvələrinin özlərinə lazım olduğunu israr ediblər. İndi nəşrin mənbələri vurğulayıb ki, Pentaqon bu cür raketləri verməyə hazırdır, çünki ABŞ öz ehtiyacları üçün yeni yüksək dəqiqlikli raketlərdən (Precision Strike Missile, PrSM) istifadə edə bilər.

ABŞ-ın Kiyevə 300 milyon dollarlıq yeni yardım paketinə təxminən 160 km-ə çata bilən orta mənzilli ATACMS üçün kasetli sursatlar daxildir. Nəşrin həmsöhbətləri bu paketdə daha uzaq məsafələrdəki hədəfləri vura bilən raketlərin olub-olmadığını dəqiqləşdirməkdən imtina ediblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti