Duda: "Ukraynaya qoşunla yox, silahla yardım etmək lazımdır"

   Duda:    "Ukraynaya qoşunla yox, silahla yardım etmək lazımdır"
  13 Mart 2024    Oxunub:821
"Qərb ölkələri Ukraynaya qoşun yeridərək münaqişəyə birbaşa müdaxilə etməməlidir. Əksinə, onlar maliyyə dəstəyi və silah-sursat verməyə davam etməlidirlər".
AzVision.az Bloomberg-ə istinadən xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Polşa prezidenti Anjey Duda deyib.

Polşa lideri qeyd edib ki, “bu gün insanların həyatını riskə atmağa ehtiyac yoxdur” və Kiyevə yardım yalnız əlavə maliyyə və müasir silahların təchizatından ibarət olmalıdır.

Dudanın sözlərinə görə, belə tədbir bu gün Avropada və bütün dünyada sülhü bərpa etmək üçün ödənilməli olan kifayət qədər “aşağı qiymət” sayılır: "Əgər münaqişə davam edərsə və ölkələr Ukraynaya qoşun göndərsə, o zaman sülh dəyəri həqiqətən də çox baha olacaq”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti