Paşinyan: "Delimitasiya prosesi Tavuşdan başlaya bilər"

   Paşinyan:    "Delimitasiya prosesi Tavuşdan başlaya bilər"
  12 Mart 2024    Oxunub:1168
"Azərbaycanla sərhədlərin delimitasiyası prosesi Ermənistanın Tavuş rayonundan başlaya bilər. Ərazilərin dəyişdirilməsi ehtimalı isə azdır".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Sərhəddə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirilib
"Bu məsələlərlə bağlı qərarlar qəbul edərkən mövcud vəziyyətin tam təhlilindən çıxış etməliyik. Danışıqlar zamanı belə bir təəssürat yarandı ki, biz reallığa əsaslanaraq, ərazi mübadiləsi apara bilərik. Amma mənə elə gəlir ki, belə bir ehtimal mümkün deyil", - Ermənistan rəhbəri qeyd edib.

İrəvan rəhbəri delimitasiyanın reallaşması üçün 3 məqamı önə çəkib: "Biz bu işə maraq göstərməliyik ki, delimitasiya və demarkasiya prosesi başlasın və irəli getsin. Üç məqamı nəzərə almaq vacibdir. Bu, hüquqi komponent, funksional məsələlərin həlli, yəni infrastrukturun işləməsi və qeyd olunan zonada yaşayan insanların təhlükəsizliyidir. Onda delimitasiya olunmuş sərhəd uzunmüddətli sabitliyin dəmirlə örtülmüş qarantına çevrilməlidir".

Qeyd edək ki, martın 7-də sərhəddə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirilib.
Bundan 2 gün sonra isə, Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sərhəd   Delimitasiya  





Xəbər lenti