AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Qeyd edilir ki, müşahidəçiləri daşıyan avtomobili Sünikdə (Zəngəzur-red.) qəzaya uğrayıb.
"Shamshyan" kirminal xəbər saytının yazıb ki, hadisə Tatev-Lçen avtomobil yolunun 13-cü km-də baş verib: “Nissan Pathfinder” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq kənardakı qayalara çırpılıb və aşıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Sürücü Avstriya, sərnişinlər isə Polşa vətəndaşları olublar".
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya ötən ilin fevralında fəaliyyətə başlayıb. Missiyaya 100 nəfər daxil edilsə də, hazırda bu rəqəm xeyli artıb.
Tural Tağıyev
AzVision.az