Avropa Rusiyaya 3 gün vaxt verdi

Avropa Rusiyaya 3 gün vaxt verdi
  27 İyun 2014    Oxunub:837
Avropa Birliyindən Rusiyaya ciddi xəbərdarlıq edilib.
AB Ukrayna məsələsinə görə Rusiyaya 3 gün möhlət verib.

Belə ki, həmin üç gün müddətində Rusiya Ukraynadakı qoşunlarını geri çəkməli və bu istiqamətdə lazımi addımlar atmalıdır.

Əks təqdirdə AB Rusiyanı hədəfə alan sanksiyaların həyata keçirilməsinə start verəcək.

Qeyd edək ki, Ukraynada Rusiya meylli separatçılar kütləvi əməliyyatlara başlayıb.

Donetsk vilayəti yaxınlığında separatçılar Ukrayna ordusuna qarşı hücum təşkil ediblər.

Hücum zamanı 300-ə yaxın Ukrayna əsgəri əsir düşüb. (anspress)


Teqlər:





Xəbər lenti