Atəşkəs rejimi 72 saat uzadıldı

Atəşkəs rejimi 72 saat uzadıldı
  27 İyun 2014    Oxunub:713
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində elan olunan atəşkəs rejiminin daha 72 saat uzadılması barədə qərar qəbul edib.
AzVision.az-ın məlumatına görə, bu barədə “Frans press” agentliyi Avropada olan diplomatik mənbələrə istinadən xəbər verir.

“Prezident Poroşenko atəşkəs rejinin daha 72 saat uzadılmasını təklif edib”, -deyə mənbə bildirib.

Qeyd edək ki, iyunun 20-də Ukrayna tərəfindən elan edilən atəşkəs rejiminin müddəti bu gün Bakı vaxtilə 00:00-da başa çatacaq. Hazırda Donetsk şəhərində Kiyevlə “Donetsk Xalq” və “Luqansq Xalq Respublikaları” nümayəndələri arasında münaqişənin həll olunmasını nəzərdə tutan planın reallaşdırılması ilə bağlı danışıqlar gedir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti