"Neftçi" və "Xəzri" yarımfinala yüksəlib - FOTO

"Neftçi" və "Xəzri" yarımfinala yüksəlib -  FOTO
  08 Mart 2024    Oxunub:924
Basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.
AzVision.az xəbər verir ki, günün ilk matçı "Neftçi" və "Cəlilabad" komandaları arasında baş tutub. Görüş "ağ-qaralar"ın 82:71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə "Neftçi" yarımfinala adlayıb.

Günün ikinci oyununda qrupun lideri "Xəzri" "Xırdalan"la qarşılaşıb. Matçı 75:64 hesabı ilə qalib tamamlayan "Xəzri" kubokun yarımfinalına vəsiqə qazanıb.

A qrupunu lider bitirmək uğrunda “Xəzri" və "Neftçi" komandaları arasında oyun baş tutacaq.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti