Xorvatlar ilk turda prezident seçə bilmədilər

Ukraynaya yardımı tənqid etməsi ilə tanınan hazırkı prezident Zoran Milanoviç 49,10% səs toplayıb. O, müstəqil namizəd kimi iştirak etsə də, Sosial-Demokrat Partiyasının (SDP) rəhbərlik etdiyi sol mərkəzçi alyans tərəfindən dəstəklənir.
Onun əsas rəqibi, keçmiş təhsil naziri Draqan Primorats 19,35%-lə ikinci yeri tutub. Seçkilərdə iştirak edən daha 6 namizəd isə 9% və ya daha az səs toplayıblar. Seçici fəallığı 46,02% təşkil edib.
Beləliklə də, prezident seçkilərinin yanvarın 12-də keçiriləcək ikinci turunda Zoran Milanoviç və Draqan Primorats güclərini sınayacaqlar.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Xorvatiya prezident seçkilər