NATO Rusiyanın mümkün hibrid hücumlarına cavab strategiyası hazırlayır

   NATO Rusiyanın mümkün hibrid hücumlarına cavab strategiyası hazırlayır
  29 Dekabr 2024    Oxunub:827
NATO Rusiyanın mümkün dağıdıcı “hibrid hücumlarına” cavab strategiyası hazırlayır.
AzVision.az xəbər verir ki, bu barədə NATO baş katibinin köməkçisi Ceyms Appaturay “ Sky News “ telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, son illər NATO-ya üzv ölkələr kritik infrastruktura hücumların sayının artması ilə üzləşiblər ki, bu da kəşfiyyat məlumatlarına görə, Rusiya mənşəli ola bilər.

Appaturay vurğulayıb ki, hücumlardan birinin əhəmiyyətli insan tələfatı və ya ciddi iqtisadi ziyana səbəb ola biləcəyinə dair real risk var.

AzVision.az





Teqlər:





Xəbər lenti