Putin: `Ölkədə qan axır`

Putin: `Ölkədə qan axır`
  27 İyun 2014    Oxunub:795
Xaricdən müdaxilə Ukrayna cəmiyyətini ikiyə böldü.

Rusiya prezidenti Vladimir Putin növbəti dəfə Ukraynada baş verən hadisələr münasibət bildirib.

“Ukrayna məsələsinə gəldikdə, bu məsələ bizi xüsusilə narahat edir... Süni şəkildə yaradılan Avropa və Rusiya arasında seçim məsələsi Ukrayna cəmiyyətini ikiyə böldü. Ölkədə qanlı münaqişə başladı” - deyə Putin bildirib.

Rusiya prezidenti bildirib ki, Ukraynadakı münaqişənin qurbanı dinc sakinlər olur: “Ölkənin cənub-şərqində qan tökülür, humanitar fəlakət baş verir, on minlərlə qaçqın Rusiya da daxil olmaqla bir sıra ölkələrdə sığınacaq axtarmağa məcburdurlar. Öz vəzifəsini icra edən jurnalistlər öldürülür, təqib olunur. Bütün beynəlxalq normalar və konvensiyalar pozulur, diplomatlar hücuma məruz qalır. Biz bu halın Rusiyanın Kiyevdəki səfirliyinə və Odessadakı Baş Konsulluğuna hücumu zamanı şahidi olduq”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti