Poroşenko Bakıya gəlir

Poroşenko Bakıya gəlir
  27 İyun 2014    Oxunub:834
Poroşenko prezident seçiləndən sonra Azərbaycanla olan ikitərəfli əlaqələr inkişaf edir.

AzVision.az-ın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

“Bu il xeyli sayda ikitərəfli səfərlərin həyata keçirilməsi nəzərdə tutlub ki, bu da ölkələr arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Onlar arasında Ukrayna prezidentinin Bakıya səfəri də var”, -deyə səfir Azərbaycan KİV-nə müsahibəsində bildirib.

Mişenkonun sözlərinə görə, mayın 25-də prezident seçilən Pyotr Poroşenkonun Azərbaycana səfəri ilin sonuna kimi baş tuta bilər.
Hazırda səfərin baş tutma vaxtı dəqiqləşdirmə mərhələsindədir. Səfər çərçivəsində Azərbaycan və Ukrayna prezidentləri Şurası beşinci iclası keçiriləcək. Şuranın iclası ildə bir dəfə növbəli şəkildə Bakı və Kiyevdə keçirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti