Azərbaycanlı milyarder İraq neftini alır

Azərbaycanlı milyarder İraq neftini alır
  27 İyun 2014    Oxunub:883
Azərbaycan əsili milyarder Vahid Ələkbərova məxsus olan “Lukoyl” şirkəti İraqa 30 milyard dollar həcminə sərmayə yatırmaq niyyətindədir.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, şirkət bu sərmayəni İraqın cənubunda yerləşən “Qərbi –Kurna 2” neft yataqlarına yatıracaq. Ekspertlərin fikrincə, bu bölgədə 14 milyard barel həcmində neft ehtiyyatı var.

Rusiyanın ən böyük, özəl neft şirkəti olan “Lukoyl” ötən ilə nisbətən 5 faiz çox – 121 milyard ton neft hasilm etmək niyyətindədir.

Qeyd edək ki, “Lukoyl” şirkəti bu ilin mart ayında “Qərbi – Kurna 2” yatağında neft hasilatına başlayıb. Hasilatın başlaması ilə bağlı mərasimdə şirkətin rəhbəri Vahid Ələkbərov, İraq neft naziri Abdülkərim Lueybi və Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti