Smotriç: "Qəzzada əməliyyatlar Ramazanda da davam etdirilməlidir"

      Smotriç:    "Qəzzada əməliyyatlar Ramazanda da davam etdirilməlidir"
  04 Mart 2024    Oxunub:1073
"Ramazan ayında HƏMAS-a daha çox təzyiq onları diz çökdürəcək və israilli əsirlər azadlığa çıxacaqlar".
AzVision.az xəbər verir ki, bu sözləri İsrailin maliyyə naziri Betsalel Smotriç söyləyib.

"HƏMAS-ın əsirlər arasından kimləri azadlığa buraxacağını seçməsinə icazə verməməliyik. Bütün əsirlər qeyd-şərtsiz sərbəst buraxılmalıdırlar", - o deyib.

Nazirin bu çıxışı vasitəçi Qətər və Misirin gələn həftə Ramazan ayı başlamazdan qabaq Qəzza zolağında əməliyyatların dayandırılması ilə bağlı ABŞ və HƏMAS nümayəndələri ilə danışıqları apardığı bir vaxtda baş verib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza  





Xəbər lenti