Obamanın kefi pozuldu. Səlahiyyətləri azaldıldı

Obamanın kefi pozuldu. Səlahiyyətləri azaldıldı
  27 İyun 2014    Oxunub:809
Məhkəmə ABŞ prezidentinin səlahiyyətlərini məhdudlaşdırıb.
ABŞ ali məhkəməsinin çıxardığı qərara əsasən Barak Obama, parlament tətildə olduğu ərəfədə kimlərisə yüksək vəzifəyə təyin edə bilməz.

Buna prezident Obama ilə senat arasında qarşıdurma səbəb olub. Belə ki, Obama 2013-cü ilin yanvarında Əmək Əlaqələri üzrə Milli İdarəetməyə 3 nəfəri yüksək vəzifəyə təyin edib. Senat isə tətildə olduğu müddətdə prezidentin buna səlahiyyəti çatmadığını bəyan edib. Lakin respublikaçılar senatın həmin vaxt tətildə olmadığını iddia edirlər.

Məsələ burasındadır ki, tətildə olduğu müddətdə senat da bir şey edə bilməz, çünki bu zaman hakimiyyət məhkəmənin əlində olur.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti