Həkimlərdən daha bir uğurlu əməliyyat

Həkimlərdən daha bir uğurlu əməliyyat
  22 Fevral 2024    Oxunub:3694
Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasında uğurlu əməliyyat həyata keçirilib.
Xəstəxanadan verilən məlumata görə, 14 yaşlı pasiyent 3 gündür davam edən qəbizlik, iştahasızlıq, yaşıl rəngdə qusma, qarında ağrılar şikayətilə xəstəxananın Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

Pasiyent uzman həkim, uşaq cərrahı Anar Cəfərov tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib və xəstəyə bağırsaq keçməzliyi diaqnozu qoyulub. Uzman həkim tərəfindən xəstə üzərində cərrahi əməliyyat həyata keçirilib. 2 saat davam edən əməliyyat uğurla başa çatıb. Hazırda xəstənin vəziyyəti stabildir.

Pasiyentin ailəsi tibb müəssisəsinin rəhbərliyinə, əməkdaşlarına təşəkkürünü bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti