Attestatını 106 yaşında aldı - VİDEO

Attestatını 106 yaşında aldı  - VİDEO
  22 Fevral 2024    Oxunub:1189
ABŞ-nin Karolina ştatında 106 yaşlı Fred Smols adlı kişi orta məktəb attestatı alıb.
AzVision.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Attestat pensionerə təqdim edilərkən mərasimdə 100-dən çox insan iştirak edib. Yaşlı kişi təhsil haqqında attestatla yanaşı, məktəbin fəxri fərmanını da alıb.

Bildirilir ki, təqaüdçü səkkizinci sinifdən sonra məktəbi yarımçıq qoyubmuş. O, işə düzəlmək və ailəsini dolandırmaq üçün Vaşinqtona köçüb.

Smolsun nəvəsi Bardella Kinney jurnalistlərə açıqlamasında deyib ki, o, bir ildən çoxdur tədbirin təşkilinə hazırlaşırmış. Nəvə babasının nəhayət məlum sənədi əldə etməsinə və bu hadisənin şəhərin əsas xəbərinə çevrilməsinə sevinib.


Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Atestat  





Xəbər lenti