Yeni kəşf: Günəş sistemindəki iki planetin yeraltı okeanları var

   Yeni kəşf:    Günəş sistemindəki iki planetin yeraltı okeanları var
  22 Fevral 2024    Oxunub:1715
Günəş sistemindəki Eris və Makemake adlı iki cırtdan planetdə böyük su ehtiyatları ola bilər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-nin elm adamları məlumat yayıblar.

Qeyd edilir ki, "James Webb" teleskopu ilə aparılmış yeni müşahidələrə əsasən, bu planetlər suları, konkret olaraq okeanları dəstəkləmək üçün kifayət qədər geotermal aktivliyə malikdir.

Cənub-Qərbi Texas Tədqiqat İnstitutunun planetlər üzrə geokimyaçısı Kristofer Qleyn deyib ki, "Biz soyuq məkanlarda isti, termal detalların maraqlı əlamətlərini görürük".

Erida 2005-ci ilin yanvarında Koyper qurşağının dərinliklərində kəşf edilib. Onu buzlu dünya da adlandırırlar.

Makemake isə Eridadan iki ay sonra aşkarlanıb. Onun ölçüsü təxminən 1430 km-dir. O Erida və Plutondan təxminən 1000 km balacadır.
Tural Tağıyev
AzVision.az



Teqlər: Planet  





Xəbər lenti