Rusiya səfiri Çexiya XİN-ə çağırıldı

   Rusiya səfiri Çexiya XİN-ə çağırıldı
  21 Fevral 2024    Oxunub:964
(Rusiyanın Çex Respublikasındakı səfiri Aleksandr Zmiyevski)

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiya səfiri Aleksandr Zmiyevskini nazirliyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Çexiya Dövlət Xəbər Agentliyi (ČTK) məlumat yayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Dreykin sözlərinə görə, səfirin çağırılmasına səbəb Rusiya müxalifətinin keçmiş lideri Aleksey Navalnının ölümünün səbəbi və cəsədinin ailəsinə verilməməsi barədə izahat almaqdır.
Navalnının cəsədi yoxa çıxıb

Bir sıra digər Avropa ölkəsi, o cümlədən Almaniya, Britaniya, İtaliya və Polşa da eyni məqsədlə bu ölkələrdəki Rusiya səfirlərini nazirliyə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Çexiya   Rusiya  





Xəbər lenti