“Biz hər kəsə vəhabi deyirik” – Dini Komitə

Onun sözlərinə görə, hər kəsi vəhabi adlandırmaq olmaz: “Həmin insan vəhabi olmasa da bizim dediklərimiz ona pis təsir edəcək. Nəticədə o, daha da aqressivləşəcək. Vəhabi olmasa da sonradan vəhabi olacaq. Ona görə biz bu məsələlərdə diqqətli olmalıyıq. Bu problemlərin yaranmaması üçün din xadimləri üçün təşkil edilən təkmilləşdirmə kursları çox önəm kəsb edir. Din xadimləri həmin kursda maariflənirlər və bunu getdikləri yerlərdə də təbliğ edirlər”.
Sevinc İltifatqızı
AzVision.az