Gömrükdən 200 insan "embrionu" keçirmək istədi - FOTO

Gömrükdən 200 insan "embrionu" keçirmək istədi    - FOTO
  19 Fevral 2024    Oxunub:2639
Rusiya gömrükçüləri Estoniya ilə sərhəddə yerləşən İvanqorod gömrük-keçid məntəqəsində anormal yük aşkarlayıblar. Onlar bir qadının çamadanında insan embrionuna bənzər 200 əşya tapıblar.
AzVision.az xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətinin (FTS) rəsmi Telegram kanalında məlumat verilib.

“Estoniyada daimi yaşayan və vətəndaşlığı olmayan qadın çamadanında embrion modellərini Rusiyaya keçirməyə cəhd edib”, - Federal Gömrük Xidmətinin nümayəndəsi qeyd edib.

Gömrükçülər yükün kommersiya məqsədli olmasını müəyyən edib və qadın onu qeydiyyata almamaqla qanun pozuntusuna yol verib.

FTS mətbuat xidmətinin verdiyi məlumata görə, embrion modelləri real olmayıb, plastikdən hazırlanıb və Almaniya istehsalıdır. Onların üzərində modellərin oyuncaq olmadığı yazılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti