20-ci mərtəbədən yıxılsa da, sağ qaldı

20-ci mərtəbədən yıxılsa da, sağ qaldı
  14 Fevral 2024    Oxunub:1742
Rusiyanın Yekaterinburq bölgəsində 20-ci mərtəbədən yıxılan qız sağ qalıb. Bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, onu pəncərələrin altında yığılıb qalan qar xilas edib: "Hadisə Kraulya küçəsində baş verib. Qadının hansı səbəbdən pəncərədən yıxılması barədə məlumat verilmir".

Hadisə yerinə gələn təcili tibbi yardım maşını xəstəni dərhal xəstəxanaya yerləşdirib. Onun hansı xəsarətlər aldığı barədə də məlumat verilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti