Qərbdən Rusiyaya qarşı yeni sanksiyalar

Qərbdən Rusiyaya qarşı yeni sanksiyalar
  25 İyun 2014    Oxunub:1006
ABŞ və qərb ölkələri artıq bu həftə ərzində Rusiyaya əleyhinə sanksiyalar tətbiq edəcək.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Obama administrasiyasının adının açıqlanmasını istəməyən nümayəndəsi deyib.

Sanksiyaların enerji və iqtisadiyyat sahələrinə şamil olunacağı ehtimal olunur. Bununla yanaşı Rusiyada xüsusi maraq çərçivəsində fəaliyyət göstərən Amerika Şirkətlərinə qarşı da sanksiyalar tətbiq olunacaq.

Mənbə həmçinin qeyd edib ki, “Vladimir Putin tərəfindən müsbət siqnallar gələrsə” sanksiyalar geri götürüləcək.

Xatırladaq ki, iyunun 24-də Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına məktubla müraciət edərək Rusiya silahlı qüvvələrinin Ukraynada istifadəsi ilə bağlı qərarın ləğv edilməsini təklif edib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti