“Prezidentə verilən sualları ermənilər yazmışdı” – Komitə sədri

“Prezidentə verilən sualları ermənilər yazmışdı” – Komitə sədri
  25 İyun 2014    Oxunub:957
“Prezidentə verilən suallar ermənilər tərəfindən yazılaraq həmin şəxslərin stolunun üstünə qoyulmuşdu”.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxış edib. Məlumat üçün bildirək ki, AŞPA-ya hazırda Azərbaycan sədrlik edir və bu, 6 ay davam edəcək.

AzVision.az xəbər verir ki, Azərbaycan dövlət başçısının Avropanın ən yüksək tribunasından bu qurumun üzvü olan parlamentarilərin qarşısında çıxışı ilə bağlı iclasda iştirak etmiş Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli fikirlərini qafqazinfo ilə bölüşüb.

Komitə sədri deyib ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışından, çıxışdan sonra sual-cavab mərhələsində verdiyi tutarlı cavablardan, eyni zamanda iclasdan sonrakı situasiyalardan yalnız qürur duymaq olar: “Nəzərdən qaçırmaq lazım deyil ki, Avropanın ən yüksək tribunası konfliktrlərin həlli və ya müzakirəsi üçün yer deyil. Lakin Azərbaycan prezidenti öz çıxışında ölkənin həqiqətlərini, Ermənistanın təcavüzünü, bunun doğurduğu fəsadları çox yüksək ustalıqla çatdırdı. Nəzərə alaq ki, orada Ermənistan nümayəndə heyəti də iştirak edirdi və orada xoşagəlməz situasiyalar yaşana bilərdi. Lakin İlham Əliyev yüksək diplomatik manevrlərlə bütün həqiqətlərimizi onların nəzərinə çatdırdı.

Hansı ki, iclasdan sonra bir çox ölkələrin parlamentariləri Azərbaycan prezidentinə yaxınlaşıb onunla qürur duyduqlarını bildirirdilər. Bu məqamlar AŞPA-da lentə alınaraq nümayiş etdirilmiş kadrlarda da var”.

Əli Hüseynli xatırladıb ki, İlham Əliyevin AŞPA-dakı özünə əmin və inamlı çıxışı bütün dünyaya canlı olaraq yayımlanırdı: “Yəqin ki, baş verənlərlə bağlı dediklərimi kadrları izləyən istənilən şəxs təsdiqləyə bilər. Avropa fəxr edə bilər ki, AŞPA-ya 6 ay İlham Əliyevin prezidenti olduğu Azərbaycan rəhbərlik edəcək”.

Əli Hüseynli həmçinin iclasda dövlət başçısı çıxış edərkən bir qrup gəncin etiraz etməsinə də toxunub: “Həmin şəxslərin guya aksiya keçirmək cəhdləri, həm də prezidentə guya ölkədə problemlərin olması ilə bağlı ünvanlanmış suallar müəyyən təxribat planlarının nəticəsi idi. Biz bilirik ki, bunu ermənilərlə işbirliyində olan hüquq müdafiəçiləri təşkil etmişdi. Bu haqda bizim əlimizdə kifayət qədər faktlar var. Prezidentə verilən suallar ermənilər tərəfindən yazılaraq həmin şəxslərin stolunun üstünə qoyulmuşdu. Amma İlham Əliyevin çəkinmədən bütün suallara açıq şəkildə verdiyi cavablar demək olar ki, hansısa neqativlər yaradacağını düşünənlərin cəhdlərini uğursuzluğa yuvarlatdı”.


Teqlər:  





Xəbər lenti