AzVision.az xəbər verir ki, 7 fevral 2024-cü il tarixdə ölkədə keçirilən növbədənkənar prezident seçkilərində Müzəffər Ali Baş Komandan, İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanaraq növbəti dəfə prezident seçilməsi Ağdam ictimaiyyəti tərəfindən böyük coşqu ilə qeyd olunub.
Rayon sakinləri üçrəngli dövlət bayrağı, Yeni Azərbaycan Partiyasının bayrağı və cənab İlham Əliyevin şəkilləri ilə bəzədilmiş şəxsi avtomobilləri ilə Ağdam Muğam Mərkəzinin qarşısından Bayraq meydanına doğru yürüş edərək ölkə başçısına dəstək nümayiş etdiriblər.
AzVision.az