Nazir 32 hərbçiyə ev verdi

Nazir 32 hərbçiyə ev verdi
  24 İyun 2014    Oxunub:855
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda komissiyanın sədri, maliyyə naziri Samir Şərifov çıxış edib. Bildirib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi davam edir.

Komissiyanın mütəmadi olaraq keçirilən iclaslarında 20 təqvim ilini dolduran və Fərmanla müəyyənləşdirilmiş meyarlara cavab verən hərbi qulluqçular mənzil növbəsinə qəbul olunurlar.

İclasda Komissiya tərəfindən mənzil növbəsinə qəbul olunmuş hərbi qulluqçulardan daha 32 nəfərin dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına dair qərar qəbul edilib.

Bununla da, bu günədək Komissiya tərəfindən qəbul edilmiş qərarlarla müvafiq mənzillər 245 hərbi qulluqçunun mülkiyyətinə verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti