İsveç Qurani-Kərimi yandıran Momikanı deportasiya edəcək

   İsveç Qurani-Kərimi yandıran Momikanı deportasiya edəcək
  07 Fevral 2024    Oxunub:864
İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya olunacaq.
AzVision.az xəbər verir ki, İsveç dövlət radiosu İmmiqrasiya Məhkəməsinin deportasiya qərarı verdiyini təsdiqləyib.

Məhkəmə Momikanın yaşayış icazəsi ərizəsi ilə bağlı yalan məlumat verdiyini və buna görə deportasiya qərarı verildiyini açıqlayıb.

Qryd edəm ki, İmmiqrasiya İdarəsi 2023-cü ilin oktyabrında Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu və bu tarixdən sonra deportasiya ediləcəyini açıqlamışdı. Momika qərardan apellyasiya şikayəti verib və işi İmmiqrasiya Məhkəməsinə aparmışdı.

Qeyd edək ki, Salvan Momika ötən ilin iyunun 28-i Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi yandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti