Rusiya KİV-i Azərbaycandakı prezident seçkisinin unikallığından yazıb
“Seçki prosesini 90 mindən çox yerli və 800-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək. Prezident İlham Əliyev növbədənkənar seçkinin keçirilməsinin səbəblərini yanvarın əvvəlində yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. O izah edib ki, Qarabağda yerli antiterror tədbirlərindən sonra respublika öz suverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa edib. Beləliklə, ölkənin əvvəllər qarşısına qoyduğu bütün məqsədlərə nail olunub və Azərbaycan üçün yeni dövr başlayıb”, - deyə materialda qeyd olunur.
Həmçinin, diqqətə çatdırılır ki, ekspertlərin yekdil fikrinə görə, məhz İlham Əliyev prezidentlik yarışının şəksiz favoritidir.
“İlham Əliyev 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibədə qələbəni və Azərbaycanın suverenliyinin tam bərpasını təmin edib. Onun Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində sosial, iqtisadi, hüquqi sahələrdə əsaslı islahatlar aparılıb, nəzərdə tutulan bütün proqramlar uğurla icra olunub”, - məqalədə vurğulanır.
AzVision.az
Teqlər: