Qripə yoluxdu, burnunu itirdi
Qripə bənzər simptomlar yarandıqdan sonra xəstəliyinin şiddətini başa düşməyən yanğınsöndürənin burnundakı infeksiya sürətlə bədəninə yayılaraq onu zəiflədib. Göbələk infeksiyası Brandonun bədəninin toxumalarını yeyərək ölümcül hala salıb və o, təcili yardım otağına aparılarkən ağır aplastik anemiya diaqnozu qoyulub.
Aplastik anemiya bədənin yeni qan hüceyrələrinin istehsalını dayandırdığı nadir bir vəziyyətdir. Brandon üçün sümük iliiyi nəqlinə başlanılıb. Bununla belə, transplantasiyadan sonra sağlam hesab edilən donorun orqanizmi tərəfindən inkişaf etdirilən "graft-versus-host" sindromu yeni bir problem meydana gətirib. Belə ki, Buzbi xəstəliyin səbəb olduğu ekzemaya bənzər simptomların və orqan sistemlərinin iltihabının öhdəsindən gəlməli olub. Bu vəziyyət kolostomiya riskini (yoğun bağırsağın qarın səthinə gətirmə prosesi) yaradıb.
Brandon xəstəliyin təsirlərini belə izah edib: "Bu autoimmün xəstəlik məni zərərsiz patogenlərə qarşı inanılmaz dərəcədə həssas edir. Burnumdakı göbələk infeksiyası toxumalarımı yeməyə başladı; əgər tamamilə çıxarılmasaydı, gözümə və beynimə çatacaqdı.
Vücudumuz o qədər çox bakteriya və patogenlə mübarizə aparır ki, biz heç nə bilmirik, lakin neytrofillərin sayı azaldıqda və ya olmadıqda onlar öldürücü olur. Bədənimdə inkişaf edən göbələk infeksiyasını dayandırmağın yeganə yolu onu tamamilə aradan qaldırmaq idi."
Brandon həkimlərinin köməyi ilə bu prosesdən xilas olub və hazırda sağalma prosesini davam etdirir.
Aytən Zəhra
AzVision.az
Teqlər: