Qırmızı dənizdə Britaniya gəmisinə hücum edilib
Yəmənin Hüdeydə limanının qərbində baş verən hücum nəticəsində gəminin pəncərələrinə "cüzi ziyan dəydiyi" bildirilib.
"Ambrey" xüsusi təhlükəsizlik şirkətindən diqqətə çatdırılıb ki, Böyük Britaniyaya məxsus yük gəmisi Barbados bayrağı altında üzür.
Hücuma görə məsuliyyəti hələlik hansısa qrup öz üzərinə götürməsə də, məlumdur ki, Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşması ötən ilin noyabrından bəri Qəzza zolağında insan fəlakətinə cavabən Qırmızı dənizdə İsraillə əlaqədar gəmiləri hədəfə alır.
Firudin Həmidli
AzVision.az
Teqlər: gəmi husilər Britaniya