Blinkenin Yaxın Şərqə səfəri davam edir
Onun sözlərinə görə, Blinken Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanla görüşündə Qəzza zolağındakı münaqişəyə birdəfəlik son qoymaq üçün regional koordinasiya ilə bağlı fikir mübadiləsi aparıb.
Tərəflər regionda ABŞ və müttəfiqlərinə qarşı artan hücumlar fonunda gərginliyin təcili surətdə azaldılması zərurətini vurğulayıblar.
ABŞ rəsmisinin Misirə səfəri fələstinlilər üçün daha əlamətdardır. Çünki Qəzza əhalisinin yarıdan çoxunun sığındığı Rəfəh şəhəri Misirlə sərhəddə yerləşir. Əhali ümidlidir ki, sözügedən görüş zamanı İsrailin şəhərə gözlənilən hücumu baş vermədən atəşkəs üçün müsbət addım atılacaq.
Bu, Blinkenin münaqişə başlayandan bəri Yaxın Şərqə 5-ci səfəridir. Onun Qətər və İsrailə də gedişi nəzərdə tutulur.
Firudin Həmidli
AzVision.az
Teqlər: ABŞ Blinken səfər Misir