Ötən ay Qəzzada 14 jurnalist öldürülüb
Ötən ay İsrail qüvvələri tərəfindən Fələstində jurnalistlərə qarşı ümumilikdə 135 hadisə qeydə alınıb. Eyni zamanda, 8 media işçisi yaşayış binalarının birbaşa atəşə tutulması nəticəsində, daha 4 nəfər isə redaksiya tapşırıqlarını yerinə yetirərkən həlak olub, hesabatda deyilir.
Birlik qeyd edir ki, anklavda jurnalistlərə və onların ailə üzvlərinə qarşı məqsədyönlü hücumlar davam edir.
Ümumilikdə hesabatda qeyd olunur ki, münaqişə oktyabrın 7-də qızışmağa başlayandan bəri Qəzza zolağında 116 jurnalist öldürülüb. Daha bir neçəsinin taleyi onlarla əlaqə kəsildikdən sonra naməlum olaraq qalır.
Aytən Zəhra
AzVision.az
Teqlər: