Ohana: "Məqsədimiz HƏMAS-ın məhvidir"

      Ohana:    "Məqsədimiz HƏMAS-ın məhvidir"
  06 Fevral 2024    Oxunub:1094
İsrail parlamentinin ("Knesset") sədri Əmir Ohana Ağ Evdə ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüb.
AzVision.az xəbər verir ki, parlament sədri bu sözləri görüş zamanı dilə gətirib.

Tərəflər həmçinin Yəmən, Livan, İraq və Suriyada artan münaqişə riski barədə müzakirə aparıblar.

"İran rəhbərliyindəki "Şər oxu" azad dünyanın sarsılmaz diplomatik və hərbi qətiyyətindən dərs çıxarmalıdır", - Ohana deyib.

İsrail rəsmisi Vaşinqtona səfəri çərçivəsində Qəzza zolağında saxlanılan israilli əsirlərin ailələri ilə görüş keçirib. Onun bu gün ABŞ Nümayəndələr Palatasının sədri Mayk Consonla da görüşü nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   ABŞ  





Xəbər lenti