ABŞ-da prezidentliyə namizəd təhdid olunur

ABŞ-da prezidentliyə namizəd təhdid olunur
  06 Fevral 2024    Oxunub:859
ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən Nikki Heyli ona qarşı artan təhdidlər səbəbi ilə ABŞ Məxfi Xidmətinə müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr qeyd edir ki, bazar ertəsi N.Heyli təhlükəsizlik üçün ərizə verdiyini təsdiqləyib.

“Bir çox təhdidlər var. Lakin bu, məni etməli olduğum işi dayandırmağa vadar etməyəcək”, - deyə ABŞ-ın BMT-dəki keçmiş səfiri onu bu addımı atmağa vadar edən hadisələrlə bağlı ətraflı məlumat verməyib.

Heyli keçmiş Amerika lideri Donald Trampın Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyi uğrunda mübarizədə əsas rəqibidir.

AzVision.az


Teqlər:





Xəbər lenti