Türkiyə “Əsrin fəlakəti” nin ildönümünü küçələrdə qarşıladı

   Türkiyə    “Əsrin fəlakəti”   nin ildönümünü küçələrdə qarşıladı
  06 Fevral 2024    Oxunub:1257
2023-cü il fevralın 6-da episentri Kahramanmaraş olmaqla Türkiyənin bir çox şəhərlərində baş verən zəlzələlərin ildönümü münasibətilə əhali küçələrdə gecələyib.
AzVision.az xəbər verir ki, Hatay ve Osmaniyədə vətəndaşlar axşam saatlarından etibarən ailəlikcə respublika meydanına toplaşıblar.

Qrup şəklində meydana toplaşan vətəndaşların bəziləri fevralın 6-na keçən gecə yaşadıqlarından danışır, bəziləri isə buxur yandıraraq zəlzələdə həlak olanlara dualar oxuyurlar.

İskəndərun rayonunda vətəndaşlar küçələrdə od yandıraraq “zəlzələ növbəsi” saxlayıblar.

Vətəndaşlar dağıntıların olduğu qırmızı qərənfillər və “unutmamışıq” yazılı pankartlar qoyublar.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti