Kral III Çarlza xərçəng diaqnozu qoyulub

   Kral III Çarlza xərçəng diaqnozu qoyulub
  05 Fevral 2024    Oxunub:882
Böyük Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub.
Bu barədə Bukinqem Sarayı məlumat yayıb. Qeyd olunub ki, III Çarlz müalicə kursuna başlasa da, dövlət vəzifələrini yerinə yetirməyə və sənədlərlə işləməyə davam edəcək.

Krala yeni diaqnoz onun prostat vəzinin müalicəsi zamanı qoyulub. Qeyd edək ki, yanvarın 26-da Böyük Britaniyanın 75 yaşlı Kralı prostat vəzinin müalicəsi üçün London xəstəxanasına aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti