"Ermənistan günahsız insanların həlak olmasına məsuliyyət daşıyır"

  "Ermənistan günahsız insanların həlak olmasına məsuliyyət daşıyır"
  05 Fevral 2024    Oxunub:1013
Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Ermənistanın döşədiyi minaların qurbanlarının sayı 344-ə çatıb. "Son iki gündə mina partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb. 2020-ci ilin sonundan bəri mina partlaması nəticəsində 65 nəfər həlak olub", - nazirlikdən bildirilib.

Qeyd edək ki, son 2 gündə - fevralın 4-də və 5-də Tərtərdə iki mülki şəxs minaya düşüb.


AzVision.az


Teqlər:





Xəbər lenti