Bloomberg: Anti-Rusiya sanksiyaları onlarla fiziki və hüquqi şəxsə təsir edəcək

   Bloomberg:    Anti-Rusiya sanksiyaları onlarla fiziki və hüquqi şəxsə təsir edəcək
  05 Fevral 2024    Oxunub:999
Avropa İttifaqı növbəti anti-Rusiya sanksiyaları paketini təklif etməyə hazırdır. Yeni paket əvvəlki tədbirlərdən fərqlənəcək.
Bu fikirlər Bloomberg-də dərc olunan məqalədəndir.

Agentlik məsələ ilə yaxından tanış olan rəsmilərə istinad edib.Qeyd edilir ki, Ukraynada müharibə başlayandan bəri 13-cü olacaq bu paketdə siyahıya “onlarla fiziki və hüquqi şəxs, habelə az sayda Moskvanın Qərb texnologiyalarını qəbul etmək qabiliyyətini qorumağa yönəlmiş tədbirlər daxildir”.

Agentlik həmçinin keçən həftənin sonlarında detallarla bağlı məlumatlandırılmış Avropa İttifaqı (Aİ) səfirlərinə də istinad edib. Yeni iqtisadi məhdudiyyətlərlə bağlı sənəddlər hələ ki, hazırlıq mərhələsindədir.

Bloomberg həmçinin belə hesab edir ki, bütün addımlar “G7 ilə razılaşdırılıb” və “onların hər birinin öz sanksiyalar paketini buraxacağı” gözlənilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti