Suriya Demokratik Qüvvələrinin bazasına PUA hücumu: 6 ölü - YENİLƏNİB

   Suriya Demokratik Qüvvələrinin bazasına PUA hücumu:    6 ölü - YENİLƏNİB
  05 Fevral 2024    Oxunub:1287
İraqda fəaliyyət göstərən "Kətaib Hizbullah" terror qruplaşması Suriyanın Deyr əz-Zövr şəhərində, "Əl-Ömər" neft yatağı yaxınlığında yerləşən SDQ-ABŞ bazasına PUA hücumu ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
"Hücum işğala müqavimət göstərmək, Qəzza xalqına dəstək və fələstinlilərə qarşı qırğınlara cavab mahiyyəti daşıyır", - qruplaşmanın bəyanatında bildirilir.

* * *

15:04
Məlumata görə, təlim bazasında ABŞ qüvvələri də var.
AzVision.az xəbər verir ki, hadisə Deyr əz-Zövr şəhərində meydana gəlib.

Şəhərdə ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin bazasının yataqxanası PUA hücumuna məruz qalıb.

Yerli mənbələrin məlumatına əsasən, PUA iranyönümlü qrupların fəaliyyət göstərdiyi ərazidən atılıb.

"Hücuma cavabdeh şəxslərə lazımi qarşılıq vermək hüququmuz var", - SDQ-nin hücumla bağlı bəyanatında deyilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   PUA   hücum  





Xəbər lenti