"70 yaşım var, top model deyiləm" - Afaq Bəşirqızından arıqlaması ilə bağlı açıqlama

   "70 yaşım var, top model deyiləm"  -    Afaq Bəşirqızından arıqlaması ilə bağlı açıqlama
  05 Fevral 2024    Oxunub:1766
Sosial şəbəkədə Xalq artisti Afaq Bəşirqızının yeni görüntüləri yayılıb. Aktrisa toyda yaxınlarının müşayiəti ilə rəqs edir. Diqqət çəkən məqam isə odur ki, sənətçi gözəçarpan dərəcədə xeyli çəki itirib.
AzVision.az -ın əməkdaşı Afaq Bəşirqızı ilə əlaqə saxlayıb və bunun səbəbini öyrənməyə çalışıb. Aktrisa səhhətinin qaydasında olduğunu deyib.

"Səhhətimdə hər şey qaydasındadır. Mənim 70 yaşım var. Top model deyiləm ki, özümü arıqladam və ya kökələm. Hər kəs öz işi ilə məşğul olsun", - deyə Xalq artisti sualımıza cavabında deyib.

Saytımızın əldə etdiyi məlumata görə, aktrisa bir müdətdir ki, xərçəng xəstəliyindən və şəkərdən əziyyət çəkir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti