Elçibəyin ailəsi dövlətdən kömək istədi

Elçibəyin ailəsi dövlətdən kömək istədi
  24 İyun 2014    Oxunub:974
“Mən Ərturqutun dayısı kimi xahiş edirəm, kimin imkanı varsa onu işə qoysun. Xahiş edirəm, ürəkləri hara istəyir ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək?”.
Bunu AzVision.az-a mərhum prezident Əbülfəz Elçibəyin qayını Mirmövsüm Mahmudov deyib.

Elçibəyin oğlunun işsiz olduğunu deyən M.Mahmudov imkanlı şəxslərə, dövlət məmurlarına müraciət edib.

“Yazıq uşaq, cavandır amma bir iş tapıb işləyə bilmir. Ad çəkmək istəmirəm, amma iş üçün çox yerə müraciət etmişik. Neçə adamdan xahiş də etmişəm, heç kim işə götürmür. Deputatlardan da xahiş etmişəm hətta. Almurad əmisi deyir ki, ona iş tapmışam, amma ortada heç nə yoxdu. Mən dayısı kimi xahiş edirəm, kimin imkanı var onu işə qoysun. Xahiş edirəm, ürəkləri hara istəyir ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək?. Elçibəy bu millətə nə edib ki, onun oğlu iş tapıb işləyə bilmir. Yenə deyirəm, biz çox sevinərik ki, ona kim isə iş versin”-deyə mərhum prezidentin qayını qeyd edib.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti